Ağ Ev yaxınlığında atışma – 2 yaralı var


Ötən gün gecə saatlarında ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evdən 1, 5 kilometr uzaqlıqda baş verən atışma nəticəsində 2 nəfər yaralanıb.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Vaşinqton polisi məlumat verib. Xəbərdə deyilir ki, atışma səsi 20-30 dəfə eşidilib. Yaralılar xəstəxaya yerləşdirilib. Atışma restoranların sıx yerləşdiyi küçələrdən birində baş verib.
Şahidlərin sözlərinə görə, hücumçular mərkəzi küçələrdən birində Meksika restoranına atəş açaraq, hadisə yerindən uzaqlaşıblar. Hazırda onların axtarışı davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top