Makron “Pegasus”a görə mobil telefonunu və nömrəsini dəyişdirdi


İsrailin hazırladığı “Pegasus” adlı casus proqramı vasitəsilə Fransa prezidenti Emmanuel Makronun da dinlənildiyi iddia edildiyi üçün prezident öz telefonu və mobil nömrəsini dəyişib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fransa prezidenti sözügedən casus proqramı ilə bağlı ötən gün Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını keçirib.
Qeyd edək ki, İsrailin hazırladığı “Pegasus” casus proqramı vasitəsilə Makronla yanaşı, Fransanın keçmiş baş naziri Eduard Filip, eləcə də bir sıra siyasətçilərin və jurnalistlərin də telefonlarının dinlənildiyi iddia edilir. Ümumilikdə isə bu proqramla 100 mindən çox insanın dinlənildiyi vurğulanır.
 

DİGƏR XƏBƏRLƏR

Top