
Haitinin öldürülmüş prezidenti Covenel Moise ilə vida mərasimində iğtişaşlar baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Haitinin “Nuvellist” qəzeti məlumat yayıb. Etirazçıların məmurların avtomobillərini hədəf aldığı, onlara hücum etdikləri bildirilib. Polis və digər təhlükəsizlik işçiləri aksiyanı dağıtmaq üçün havaya atəş açıb. Bu səbəblə vida mərasimi qısa keçirilib.
Moisenin cəsədinin bu gün dəfn olunacağı bildirilib.