Bakıda yaşayış binasında yanğın olub, 30 nəfər təxliyə edilib


Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Yenivaz.com
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın üçüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac və çıxış kabeli 8 p.m yanıb. Yüksək temperaturdan 1 ədəd qaz sayğacı əriyib. 
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top