Putinlə Paşinyan arasında telefon danışığı olub


Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefonla danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı iqtisadiyyat və ticarət, enerji və humanitar eləcə də digər sahələrdə Rusiya-Ermənistan əməkdaşlığının aktual məsələləri müzakirə olunub. Həmçinin, Qarabağ barədə də fikir mübadiləsi aparılıb, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələlərinə toxunulub.

 

DİGƏR XƏBƏRLƏR

Top