Azərbaycanda son sutkada 17 mindən çox COVID-19 vaksini vurulub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 17067 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5392, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11675. nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4415967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2602510, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1813457 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top