
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov bu münasibətlə mətbuat nümayəndələrinə ən xoş arzularını çatdırıb.
Yeniavaz.com xəbər verir ki, media numayəndələrini Mingəçevir Dövlət Universitetinin (MDU) fəaliyyətinin mətbuatda işıqlandırılmasında fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif edib.
Rektor 146 illik bir tarixi olan milli mətbuatımızdan söz açaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyükdür deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin senzuranı ləğv etməsi mətbuatın inkişafını sürətləndirməklə yanaşı, bu sahənin sağlam təməllər üzərində dayanması, mətbuatın zəngin və şərəfli tarixinə layiq fəaliyyət göstərməsinə güclü stimul yaratdı.
Görüşdə iştirak edən KİV nümayəndələri təmsil etdikləri media orqanları ilə əlaqələri haqqında fikirlərini bölüşüb, yaxın əməkdaşlığın bundan sonra da davam edəcəyini bildiriblər.


Esmira Hidayətova, Mingəçevir