Rövnəq Abdullayev işdən çıxarılan vitse-prezidentlərlə vidalaşdı - FOTO


İyulun 22-də SOCAR-ın Baş ofisində Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə vəzifələrindən azad edilmiş şirkətin vitse-prezidentləri ilə görüş keçirilib.

Yeniavaz.com xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri, o cümlədən şirkətdən ayrılan əməkdaşlar çıxış edərək onlara göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Eyni zamanda bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəslə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını qeyd ediblər.

Sonda sabiq vitse-prezidentlərə - Bəhram Hüseynov David Məmmədov, Mikayıl İsmayılov və Tofiq Qəhrəmanova “Fəxri neftçi” döş nişanı verilib.

DİGƏR XƏBƏRLƏR

Top