İham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, dövlətimizin başçısına sanatoriya haqqında məlumat verilib.

Bildirilib ki, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb.


***15:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub.

Yeniavaz.com xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

DİGƏR XƏBƏRLƏR

Top