ABŞ vətəndaşında "Meymun çiçəyi" virusu aşkarlandı


ABŞ-ın Texas ştatından olan bir şəxsin Nigeriyaya səfərindən sonra nadir xəstəlik sayılan "Meymun çiçəyi" ("Monkeypox") virusuna yoluxduğu faktı təsdiqlənib.
Yeniavaz.com
"Dailymail"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat verib. Adı açıqlanmayan həmin şəxs artıq xəstəxanaya yerləşdirilib. ABŞ səhiyyə işçiləri onun kimlərlə təmasda olduğunu aydınlaşdırmağa çalışırlar.
Mütəxəssislər bu virusa yoluxma halınının Texas ştatında ilk dəfə qeydə alındığını açıqlayıb.
Qeyd edək ki, xəstəliyə Mərkəzi və Qərbi Afrika ölkələrindəki meymunlarda rast gəlinir. Nadir virusa meymunlar, siçovullar da daxil omaqla, bir sıra məməlilər yoluxa bilər. "Meymun çiçəyi" virusuna insanlar nadir hallarda yoluxur, yoluxan insanların ölmə ehtimalı isə 1 faizdir. Xəstəliyə ABŞ-da təxminən 20 il əvvəl rast gəlindiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top