Rusiyadan xəbərdarlıq - "Taliban" silah gücünə hakimiyyəti ələ keçirə bilər


Rusiya Əfqanıstanda son vaxtlar yaranan vəziyyətlə bağlı xəbərdarlıq edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu xəbərdarlıq Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi təmsilçisi Zamir Kabulovdan gəlib. O bildirib ki, “Taliban” qruplaşması hələ əyalət mərkəzlərini ələ keçirmək iqtidarında deyil, amma yaxın vaxtlarda 2, 3 əyalət mərkəzini nəzarət altına ala bilər. Onun sözlərinə görə, “Taliban” böyük əyalət mərkəzlərinə girmək və onları əldə saxlamaq iqtidarında deyil.
O həmçinin bildirib ki, Əfqanıstanda milli birliyin uzlaşması yolunda irəliləmə əldə edilməzsə, etnik qruplaşmalar arasında parçalanmalar meydana gələ bilər. Bunun da Əfqanıstanda daha çox parçalanmalara səbəb ola biləcəyini bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top