İsrail Suriyaya hücumla bağlı yayılan iddiaları cavablandırmaqdan imtina etdi


İsrail ordusu İsrail hərbi hava qüvvələrinin ötən gecə Suriyanın Homs vilayətinə zərbələr endirməsi ilə bağlı mətbuatda yayılan məlumatlara fikir bildirməyib.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, ordunun sözçüsü "Xarici mediadakı xəbərlərə münasibət bildirmirik" deyərək, yayılan xəbəri cavablandırmaqdan imtina etdiyini bildirib.
Qeyd edək ki, Ərəb televiziyaları biri ötən gün gecə saatlarında İsrail hərbi hava qüvvələrinin Homs vilayətində Şayrat hərbi aerodromunu raket atəşinə tutduğunu bildirib. Suriya hava hücumundan müdafiə qüvvələri öz növbəsində İsrailin hücumlarının bir çoxunun qarşısını alıb. Hücum nəticəsində yalnız maddi ziyan qeydə alınıb, insan tələfatı yoxdur.
 

DİGƏR XƏBƏRLƏR

Top