Əsəd rejiminin İdlibə hücumu nəticəsində 7 nəfər öldü, yaralananlar var


Suriyada Əsəd rejimi və digər silahlı birləşmələrdən ibarət qüvvələrin İdlibə hücumu nəticəsində 7 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Yeniavaz.com
“AA”ya istinadla xəbər verir ki, bu barədə Suriya Mülki Müdafiə Qrupu xəbər yayıb. Verilən məlumata görə, Əsəd rejimi qüvvələri İdlibin cənubunda yerləşən İblin kəndinə qurudan atəş açaraq hücum ediblər. Nəticədə 1-i qadın, 3-ü uşaq olmaqla 7 nəfər ölüb, 3 nəfər isə yaralanıb. 
Qeyd edək ki, Rusiyaya aid olduğu iddia edilən döyüş təyyarələri səhər saatlarından etibarən İdlibin cənubunda yerləşən Bara, İhsim və Marayan kəndlərinə hava hücumu təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top