Makron telefonunu dinləyən casus proqrama görə təcili iclas çağırdı


Fransa Prezidenti Emmanuel Makron kibertəhlükəsizlik barədə müzakirələr aparmaq üçün Müdafiə Kabinetinin növbədənkənar iclasını çağırıb.
Yeniavaz.com
“Politico”ya istinadla xəbər verir ki, iclasda İsrailin hazırladığı “Pegasus” adlı casus proqram və siyasətçilərin izlənilməsi məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, İsrailin hazırladığı “Pegasus” adlı casus proqram vasitəsilə dünyada jurnalistlərin, siyasətçilərin telefonlarının dinlənildiyi ortaya çıxıb. Onlar içərisində Fransa Prezidenti Emmanuel Makron da var.

DİGƏR XƏBƏRLƏR

Top