"Hər kəs Polad Həşimov kimi məsuliyyətli olsa, ölkəmiz üçün daha yaxşı olar"


"Hər kəs Polad Həşimov kimi işində məsuliyyətli olsa, ölkəmizin inkişafı üçün daha yaxşı olar".

Bunu Xətai rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun adına yaradılan parkın açılış mərasimində qardaşı İlham Həşimov bildirib.

O, bu təşəbbüsdə əməyi keçən hər kəsə təşəkkür edib: "Bu parkın yaradılmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu parkın yaradılması Polad Həşimovun yolunu davam etdirmək deməkdir. Polad Həşimovun və digər şəhidlərin burada xatirə lövhəsinin olması hər gün parkı ziyarət edən uşaqların yaddaşına həkk olunacaq". //Trend

DİGƏR XƏBƏRLƏR

Top