Avstraliyada 2 nəfərin bu peyvəndi vurdurduqdan sonra öldüyü təsdiqləndi


Avstraliyada səlahiyyətlilər ölkənin Tasmaniya ştatından 44 yaşlı kişinin, Viktoriya ştatından isə 48 yaşlı bir qadının “AstraZeneca” peyvəndi vurdurduqdan sonra öldüyünü bildiriblər.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Avstraliya Terapevtik Mallar İdarəsi (TGA) məlumat verib. İdarə hər 2 şəxsin  “AstraZeneca” peyvəndini vurdurduqdan sonra qan laxtalanması səbəbilə öldüyünü təsdiqləyib.
Qeyd edək ki, “AstraZeneca” peyvəndinin adı dəyişdirilərək, “Vaxzevria” adlandırılır. Koronavirus əleyhinə istehsal olunan peyvəndlərdən adı ən çox ölüm faktında hallandırlan “Vaxzevria”nın bədəndə əsasən qan laxtalanmasına səbəb olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top