Yunanıstanda koronavirus peyvəndinin əleyhdarları polislə toqquşdu


Ötən gün Yunanıstanda koronavirus peyvəndinin əleyhdarları ilə polis qarşı-qarşıya gəlib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Afinanın şəhər mərkəzindəki Sintaqma meydanına yığışan yüzlərlə insan polislə toqquşub. Toqquşmaya səbəb nümayişçilərin hüquq-mühafizə orqanlarına qarşı daş və su şüşələri atması olub. Bundan sonra polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Həmçinin Afina universiteti qarşısında bir sıra etirazçı ilə solçu qrup arasında da qısamüddətli çaxnaşma yaranıb. Onlardan 1-i yaralanıb, 5 nəfər isə polis tərəfindən nəzarətə götürülüb.
Ölkənin ikinci böyük şəhəri olan Salonikidə də etiraz aksiyası keçirilib. Nümayişə qoşulan etirazçıların əllərində Yunan bayraqları ilə birgə "Məcburi peyvəndlənməyə yox!" plakatları da olub.
Qeyd edək ki, etirazların keçirilməsinə səbəb Yunanıstanın baş naziri Kiryakos Miçotakisin ölkədə koronavirus peyvəndinin məcburi olacağı ilə bağlı açıqlamsı olub.

DİGƏR XƏBƏRLƏR

Top