Qadın sürücü qırmızı işıqdan keçdi, qəza törətdi - VİDEO


Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

“Seat” markalı avtomobilin qadın sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman o, Əhməd bəy Ağaoğlu küçəsindən keçən “BMW” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində qadın xəsarət alıb. Hadisə yerinə polislər cəlb edilib.

DİGƏR XƏBƏRLƏR

Top