
Natonun 26 iyul - 6 avqust tarixləri üçün planlaşdırılan və Gürcüstanda keçiriləcək hərbi təlimlərində Azərbaycan hərbçiləri də iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının saytında məlumat yerləşdirilib:
“Tədbirdə Gürcüstan və ABŞ-dan əlavə, NATO-nun 13 ölkəsi, həmçinin alyansın tərəfdaşı olan dövlətlər iştirak edəcək. Onların arasında Almaniya, Böyük Britaniya, Estoniya, Latviya, Litva, Polşa, Türkiyə, Ukrayna, Azərbaycan da var”.
Qeyd olunub ki, təlimlərə ümumilikdə 2,5 mindən çox hərbi qulluqçu cəlb ediləcək.
Tətbiqimizi yükləyə bilərsiniz