
“ABŞ səfirliyi son günlərdə Azərbaycan və Ermənistan sərhədində, Sədərək-Erasx yaxınlığında baş verən insidentlərdən narahatdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” hesabında paylaşım edilib.
Hər iki tərəfi gərginliyi tezliklə və dinc yolla azaltmağa və danışıqların bərpası üçün imkan yaratmağa çağırırıq”, - deyə səfirliyin məlumatında qeyd olunub.