"Amazon"un rəhbəri kosmosa uçdu - VİDEO


“Amazon” şirkətinin qurucusu Ceff Bezos kosmosa uçub.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, C.Bezos və daha üç sərnişini daşıyan kapsul "New Shepard" raketi vasitəsi ilə həyata keçirilən uçuşdan sonra Texas kosmodromu yaxınlığında təhlükəsiz yerə enib.

Bildirilir ki, bütün uçuş avtomatik rejimdə olub və 11 dəqiqədən az müddət çəkib. Planlandığı kimi, buraxılışdan bir neçə dəqiqə sonra təkrar istifadə oluna bilən raket 40 km yüksəkliyə qalxdıqdan sonra sərnişinlər olan kapsul ondan ayrılıb.

Daşıyıcısından ayrılan kapsul, kosmosun şərti sərhəddini - 100 km hümdürlük məsafəsini keçib.

Amerikalı sahibkarı uçuşda qardaşı Mark, 82 yaşlı qadın pilot Olli Funk və 18 yaşlı Oliver Daemen müşayiət ediblər.

Qeyd edilir ki, Ceff Bezosun "Blue Origine" şirkəti belə uçuşları 500 min dollar müqabilində təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top