Mingəçevirdə qurbanlar kəsildi


Mingəçevir şəhər İcra Hakimiyyəti və şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə şəhid ailələrinə və qazilərə qurbanlıq payı verilib.
Bu münasibətlə qurbanlıq heyvanlar kəsilib. Həmin mərasimdə  əvvəlcə dualar oxunub və Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mingəçevirliləri təbrik edib.
"Bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İlk dəfədir ki, işğaldan azad olunan torpaqlarımızda da qurbanlar kəsiləcək, hər il bu bayram ərəfəsində etdiyimiz dualarda torpaqlarımızın azad olunmasını və qurbanlarımızın orada kəsilməsini istəmişik. Cənab prezidentimizin düzgün siyasəti nəticəsində bu dualar həyata keçdi və həmin torpaqlarda da qurbanlar kəsilir. Allah bütün kəsilən qurbanları qəbul etsin. Azərbaycanımız bu gün inkişafdadır, hərtərəfli inkişaf edir biz bunu hər bir sahədə hiss edirik. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram”, - icra başçısı qeyd edib.
Qurban bayramı münasibəti ilə şəhid ailələrinə və qazilərə qurban payı verilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top