Tovuzda toyda 3 nəfəri bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB


Tovuzda toyda 3 nəfərə bıçaqla xəsarət yetirən şəxs tutulub.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisəni 2001-ci il təvəllüdlü Elgün İsmayılov törədib.

İlkin məlumata görə, hadisə rayonda yerləşən restoranlardan birində baş verib. Həmyerlilərin əvvəlcə etdikləri zarafat sonradan davaya çevrilib.
 

***08:00

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz çayının kənarında toy məclisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Kərimov Mahir, 1991-ci il təvəllüdlü Hüseynov Fuad Polad oğlu və 1996-cı il təvəllüdlü Mehdiyev Fərid İlyas oğlu baş və əl nahiyələrindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top