İlham Əliyev və Vladimir Putin sabah Moskvada bu mövzuları müzakirə edəcək


“Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iyulun 20-də Moskvada görüşəcək”
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Rusiya-Azərbaycan münasibətlərindəki strateji əməkdaşlığın əsas istiqamətləri kimi ticarət-investisiya və humanitar əməkdaşlıq istiqamətində müzakirələr aparılacaq. Tərəflər həmçinin, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmanın tam həyata keçirilməsini və nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişafı istiqamətindəki mövuları danışacaqlar.
Qeyd edək ki, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu gün verdiyi açıqlamasında Prezident İlham Əliyevin Moskvaya işguzar səfərə gələcəyini təsdiqləmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top