Gürcüstan Azərbaycandan çay tədarükünü azaldıb


Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 2,3 milyon ABŞ dolları dəyərində 375,4 ton çay idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə məhsulun həcmində 7,4 ton və yaxud 1,9% azalma qeydə alınıb.

İlin I yarısında Azərbaycan qonşu ölkədən 1 milyon ABŞ dolları dəyərində 148 ton çay tədarük edib ki, bu da ötən ilin eyni göstəricisindən 12,4% çoxdur. (report)

DİGƏR XƏBƏRLƏR

Top