Avropada sel nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar var? AÇIQLAMA


Avropanın qərbindəki ekstremal hava şəraiti nəticəsində soydaşlarımız arasında zərər çəkənlər olmayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Yeniavaz.com-a verilən məlumata görə, Dövlət Komitəsi Almaniya, Belçika və Niderlandda baş verən təbii fəlakətlə bağlıKoordinasiya Şuraları vasitəsilə bu ölkələrdə yaşayan soydaşlarımızla mütamadi olaraq əlaqə saxlayır, onların vəziyyəti ilə maraqlanır.
Hazırda hadisə nəticəsində azərbaycanlıların xəsarət alması və ya  zərər çəkməsi ilə bağlı  heç bir məlumat yoxdur.
Soydaşlarımızdan xahiş edirik ki, ehtiyac olduğu təqdirdə Diasporla İş üzrə Dövlət Komitəsinə və  Koordinasiya Şuralarına müraciət edə bilərlər.
http://diaspor.gov.az/elaqe/
http://diaspor.gov.az/ev/




 

DİGƏR XƏBƏRLƏR

Top