
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Dövlət Neft Şirkətinin (SOCAR) dörd vitse-prezidentinin vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sərəncamlara əsasən, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Bəhlul oğlu Hüseynov, vitse-prezident Mikayıl İsmayıl oğlu İsmayılov, vitse-prezident Tofiq Ridvan oğlu Qəhrəmanov və şirkətin emal üzrə vitse-prezidenti David Niyazi oğlu Məmmədov vəzifələrindən azad edilib.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
***14:25
Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Tətbiqimizi yükləyə bilərsiniz