
Əfqanıstan hökumətinin tabeliyindəki ordu daha bir bölgəni “Taliban”dan azad edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Əfqanıstanın hökumət qüvvələri Parvan mərkəzi əyalətinin Surhu-Parsa bölgəsində nəzarəti ələ alıb. Əməliyyat zamanı çox sayda silah-sursat qənimət olaraq ələ keçirilib.
Xatırladaq ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri bir müddət əvvəl Parvan əyalətinin Şeyx Ali adlı bölgəsində nəzarəti ələ almışdı.