Dövlətə xəyanətdə suçlananlar xarici xüsusi xidmət orqanlarına nə məlumat veriblər? - MƏHKƏMƏ


Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət ittihamı ilə həbs edilən 1984-cü il təvəllüdlü Caməmməd Abubəkirov və 1988-ci il təvəllüdlü Heydər Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir.
Yeniavaz.com
musavat.com-a istinadla xəbər verir ki, proses hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutur.
Hər iki şəxs qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, adı çəkilən şəxslər Azərbaycanda yerləşən məscidlər, kilsələr və digər ibadət mərkəzləri ilə bağlı əldə etdikləri məlumatları xarici ölkələrdən birinin xüsusi xidmət orqanlarına çatdırırmışlar.
Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top