SOCAR-ın vitse-prezidentləri işdən çıxarılıb? - RƏSMİ AÇIQLAMA


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri Mikayil İsmayılov, Tofiq Qəhrəmanov və Xalik Məmmədovun vəzifələrindən azad edildiyi iddia olunur.

Yeniavaz.com xəbər verir ki, bu barədə haqqin.az şirkətdəki mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, SOCAR-da kütləvi kadr dəyişiklikləri Azərbaycan Dövlət Neft Şirkətindəki islahatlar və restrukturizasiyalarla bağlıdır.
Şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Yeniavaz.com-a açıqlamasında bildirib ki, SOCAR-ın vitse-prezidentlərini vəzifəyə Azərbaycan Respublikasının Prezidenti təyin edir:
“Buna görə şirkətin hər hansı bir vitse-prezidentinin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi məhz cənab Prezidentin müvafiq sərəncamı ilə təsbit olunur”.

DİGƏR XƏBƏRLƏR

Top