Bayramda rayona getmək istəyənlərin diqqətinə - VİDEO


Statistikaya əsasən, bayram günlərində yol nəqliyyat hadisələrinin sayı artır. Yorğun və ya içkili avtomobil idarə edənlər, yol hərəkəti qaydalarını kobud şəkildə pozanlar və məsuliyyətsiz piyadalar təəssüf ki, bu günlərdə daha çox qəzaların baş verməsinə səbəb olur. Elə buna görə də, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara xüsusilə bayram günlərində daha diqqətli olmalarını tövsiyə edir.
Yeniavaz.com
 xəbər verir ki, Qurban bayramı ilə əlaqədər yol polisi hərəkət iştirakçılarına müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev ''XəzərXəbər''ə bildirib ki, sabahdan 4 gün ardıcıl qeyri-iş günü elan edildiyindən şəhər sakinlərinin bir çoxu bölgələrə səfər edəcəklər.
Bu səbəbdən də avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin artacağı ehtimal olunur. O bildirib ki, görülən tədbirlərə baxmayaraq, hələ də yol hərəkəti qaydalarına biganə qalan, adi diqqətsizliyin, tələsgənliyin böyük faciələrə səbəb ola biləcəyini nəzərə almayan vətəndaşlar var. Namidan Piriyevin sözlərinə görə, qəzaların əksəri elə məhz bu səbəbdən, yəni yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına görə baş verir
Namidan Piriyev deyir ki, ağır qəzaların baş verməsində piyadaların da təqsiri az deyil. Xüsusilə də günün qaranlıq vaxtlarında bəzi piyadalar yolu necə gəldi keçirlər. Bu isə bir çox hallarda onların özlərinin həyatı bahasına başa gəlir. Namidan Piriyev bayram günlərində qəzaların baş verməməsi üçün yol hərəkəti iştirakçılarına bir sıra tövsiyələr verib.
Qeyd edək ki, yol polisi tərəfindən hərəkət iştirakçılarına respublika əhəmiyyətli yollarda stasionar postlarda hər 2-3 saatdan bir avtomobili saxlayıb qısa müddətə istirahət etmək tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top