Aİ Şurasının Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - FOTOLAR


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər qarşılayıblar.
Aİ Şurasının Prezidenti Azərbaycana gəldi - Fotolar
Aİ Şurasının Prezidenti Azərbaycana gəldi - Fotolar

DİGƏR XƏBƏRLƏR

Top