Bu ölkə koronavirusa qarşı hazırladığı vaksinin 100 faiz təsirli olduğunu elan etdi


“Kliniki sınaqların üçüncü mərhələsi zamanı “Abdala” vaksininin koronavirusun ağır formalarına qarşı 100 faiz təsirli olduğu aydınlaşıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Kuba Milli Genetik Mühəndisliyi və Biotexnologiya Mərkəzinin direktoru Marta Ayala, peyvəndin effektivliyini öyrənmək üçün 300 min adama çatdırılmasının planlaşdırıldığını söyləyib.
Qeyd edək ki, Kuba tibb orqanları əvvəllər Abdala peyvəndinə təcili istifadə üçün icazə vermişdi. Vaksinin koronavirusa qarşı 92,28 faiz təsirli olduğu bildirilmişdi.
Məlumat üçün deyək ki, Kuba peyvəndlərinin sınaqlarında 4,3 milyondan çox insan iştirak edib.

 

DİGƏR XƏBƏRLƏR

Top