Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində 2001-ci il təvəllüdlü Artur Xaçatur Qazaryan aldığı güllə yarası səbəbilə ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, adı çəkilməyən, xidmətdə olan hərbi qulluqçulardan biri, çağırışçı əsgər Artur Xaçatur Qazaryanı ehtiyatsızlıq səbəbilə güllələyib. Əsgər aldığı güllə yarası səbəbilə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.