2 aylıq şirkət 50 min manatlıq tenderin qalibi oldu - FAKTLAR


Sumqayıt Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Vurgun-A.A” MMC (VÖEN-1006938241) olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Vurgun-A.A” MMC Sumqayıt Dövlət Universitetinə 49 min 480 manat dəyərində maşın və avadanlıqlar satacaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsi 17.06.2021-ci il tarixində elan olunub. "Vurgun-A.A” MMC MMC təxminən 2 ay  əvvəl – 01.04.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, "Vurgun-A.A” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 2 ay yarım əvvəl yaranan və 50 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, ev 16A, m. 25 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Əliyev Əli Elləz oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.


A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top