Ekoloji Şuranın sədri: "Xırda neqativ məlumatları erməni mediasında yayımlanmasına rəvac verməyin"


“Qarabağda Ermənistan tərəfindən törədilən ekoloji terrorla bağlı hazırda ekoloji qiymətləndirmə işləri gedir, daha sonra müvafiq beynəlxalq platformalarda Ermənistanın cəzalandırılması üçün iddialar qaldırılacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.
O, belə həssas dönəmdə bütün ekofəalları diqqətli olmağa səsləyib:
“Ağac kəsintisi ilə bağlı məsələlərin erməni mediasının və bəzi ermənipərəst beynəlxalq mətbuatın gündəminə gətirilməsinə rəvac verməsinlər. Bəzən xırda hesab olunan neqativ məlumatların xarici mediaya çıxarılması Azərbaycanın milli maraqlarına, Ermənistanın Qarabağda insanlığa və təbiətə qarşı törətdiyi ekoloji terrorun beynəlxalq müstəvidə ifşa olunmasına maneə yaradar”.

DİGƏR XƏBƏRLƏR

Top