Şuşa Dövlət Qoruğu İdarəsinin rəhbəri kimdir? - Müstəntiq olub... - FOTO


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Məftun Qurban oğlu Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Məftun Qurban oğlu Abbasov bu vəzifədən əvvəl “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini olub. Məftun Abbasov bu vəzifədə 2021-ci il ilin mart ayınadək çalışıb. 
Bildirilir ki, ixtisasca hüquqşünas olan Məftun Abbasov daha əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi olub.
Məftun Abbasov 2014-2016-cı ildə  Avstriyada "The International Anti-Corruption Academy"da "Antikorrupsiya elmləri" üzrə magistratura təhsili alıb. 

 

DİGƏR XƏBƏRLƏR

Top