XİN sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında bildirilib.
“Avropanın qərbində ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada sel qurbanlarının yaxınlarına başsağlığı veririk”, - deyə qeyd olunub.
O da bildirilib ki, Azərbaycan yağışların dağıdıcı nəticələrinin aradan qaldırılmasında həm Almaniya, həm də Belçikanın yayındadır.
Qeyd edək ki, Almaniyanın qərbində və Belçikada yağan güclü yağışlar nəticəsində meydana gələn sel 92 nəfərin ölümünə səbəb olub, yüzlərlə adam itkin düşüb.

DİGƏR XƏBƏRLƏR

Top