Qırğızıstanda terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb


Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları ölkədə terror aktı törətmək niyyətində olan beynəlxalq terror təşkilatlarından birinin üzvünü saxlayıb.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat mərkəzindən məlumat verilib. İstintaq getdiyi üçün şübhəlinin adı açıqlanmayıb.
Qırğızıstanın xüsusi xidmət orqanları tutulan şəxsin Əfqanıstan ərazisində təlim keçdiyi və döyüşlərdə iştirak etdiyini müəyyənləşdirib.

 

DİGƏR XƏBƏRLƏR

Top