
Almaniyanın qərbində daşqın nəticəsində ölənlərin sayının 80 nəfərə çatdığı bildirilib.
Yeniavaz.com “Bild” qəzetinə istinadən xəbər verir ki, bu barədə Koblenz polisi məlumat yayıb. Şimali Reyn-Vestfaliya federal əyalətində təbii fəlakətin təsirindən ən azı 30, Reynland-Pfaltsda isə 50 nəfərin öldüyü bildirilib. Hüquq-mühafizə orqanları həlak olanların sayının artacağını istisna etmirlər.
Yerli hakimiyyət orqanları təxminən 1 300 nəfərin itkin düşdüyünü təxmin edirlər.
Qeyd edək ki, Almaniyanın qərb və cənub-qərbində iyulun 11-dən bəri davam edən güclü yağışlar dağıdıcı daşqına səbəb olub.