Hansı rayonda nə qədər maaş verilir? – Şuşada maaşlar kəskin artıb - Rayonların TAM SİYAHISI


Azərbaycanın rayon və şəhərləri arasında ən yüksək əmək haqqı Bakı şəhərində verilib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, Bakıda muzdla işləyən işçilərin orta aylıq nominal əmək haqqı yanvar-mart aylarında 927,1 manat  olub.
Ən aşağı əmək haqqı isə Qax rayonunda verilib. Qaxda muzdla işləyən şəxslərə verilən orta aylıq nominal əmək haqqı 395,7 manat olub.
Onu da qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə orta aylıq nominal əmək haqqı ən çox Şuşa şəhərində artıb. Belə ki, ötən ilin yanvar-mart aylarında Şuşada orta aylıq əmək haqqı 390,1 manat olduğu halda, son bir ildə 36,6% artaraq bu ilin eyni dövründə 532,7 manata yüksəlib.
Son bir ildə ən çox azalma isə Naftalan şəhərində qeydə alınıb. Naftalanda əmək haqqı 10,3% azalaraq 515 manatdan 461,9 manata düşüb.
Digər şəhər və rayonlarda isə muzdla (əmək müqaviləsi) işləyən işçilərin orta aylıq əmək haqqı aşağıdakı kimi olub:
Şəhərlər və rayonlar Orta aylıq əmək haqqı (manat)
Bakı şəhəri 927,1
Xızı rayonu 410,7
Abşeron rayonu 556,9
Sumqayıt şəhəri 638,8
Gəncə şəhəri 521,3
Qazax rayonu 466,2
Ağstafa rayonu 412,4
Tovuz rayonu 418,7
Şəmkir rayonu 519,2
Gədəbəy rayonu 706,5
Daşkəsən rayonu 667,2
Samux rayonu 455,3
Göygöl rayonu 466,2
Goranboy rayonu 442,3
Naftalan şəhəri 461,9
Balakən rayonu 421,8
Zaqatala rayonu 408,9
Qax rayonu 395,7
Şəki şəhəri 451,1
Oğuz rayonu 445,1
Qəbələ rayonu 486,8
Astara rayonu 441,3
Lənkəran şəhəri 451,9
Lerik rayonu 443,2
Yardımlı rayonu 462,8
Masallı rayonu 415,0
Cəlilabad rayonu 480,7
Qusar rayonu 488,6
Xaçmaz rayonu 485,9
Quba rayonu 487,0
Şabran rayonu 492,9
Siyəzən rayonu 556,8
Göyçay rayonu 440,2
Beyləqan rayonu 436,5
Ağcabədi rayonu 408,8
Bərdə rayonu 413,7
Neftçala rayonu 438,3
Biləsuvar rayonu 518,4
Salyan rayonu 531,8
Yevlax şəhəri 457,3
Mingəçevir şəhəri 477,2
Ağdaş rayonu 423,2
Ucar rayonu 469,8
Zərdab rayonu 420,7
Kürdəmir rayonu 430,6
İmişli rayonu 512,8
Saatlı rayonu 417,9
Sabirabad rayonu 418,1
Hacıqabul rayonu 498,7
Şirvan şəhəri 581,5
Cəbrayıl rayonu 493,2
Füzuli rayonu 440,4
Ağdam rayonu 405,5
Tərtər rayonu 422,9
Xocalı rayonu 520,5
Şuşa rayonu 532,7
Xocavənd rayonu 533,7
Xankəndi şəhəri -
Kəlbəcər rayonu 474,6
Laçın rayonu 483,3
Qubadlı rayonu 556,2
Zəngilan rayonu 502,1
Qobustan rayonu 488,2
İsmayıllı rayonu 455,7
Ağsu rayonu 486,5
Şamaxı rayonu 458,3
Naxçıvan şəhəri 546,6
Şərur rayonu 506,1
Babək rayonu 521,0
Ordubad rayonu 494,6
Culfa rayonu 505,0
Kəngərli rayonu 550,4
Şahbuz rayonu 520,6
Sədərək rayonu 638,2

 

DİGƏR XƏBƏRLƏR

Top