4 ölkə Əfqanıstanda sülhə nail olmaq üçün razılığa gəlib


Özbəkistan, ABŞ, Əfqanıstan və Pakistan Əfqanıstandakı sülh prosesini dəstəkləmək üçün yeni dördtərəfli məsləhətləşmə platforması yaratmağı qəbul edib.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yusup Kabuljanov məlumat verib. Onun sözlərinə görə, tərəflər Əfqanıstanda sülhə nail olmağa çalışacaq və ondan sonrakı mərhələni izləyəcək.
Qeyd edək ki, 15 iyul 2021-ci ildə Daşkənddə qəbul edilən bu dördtərəfli diplomatik platforma həm də regional əlaqələrin genişləndirilməsinə yönəlib.

DİGƏR XƏBƏRLƏR

Top