
İsrail Qəzzaya son hücumları vaxtı "Dəmir Günbəz" havadan müdafiə sistemi ilə İsrail döyüş təyyarəsinə təsadüfən ziyan vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziya kanalı məlumat verib. Kanal bildirib ki, 10-21 may tarixləri arasında hücumlar zamanı Qəzza istiqamətindən gələn raket hədəfə alınsa da sonradan günbəzdən atılan raket yönünü dəyişərək, İsrailin “F-15” təyyarəsini hədəfə alıb. Səhvə yol verildiyi başa düşülən an raket növbəti raketlə məhv edilib. Hadisə nəticəsində qəlpələr “F-15”in zədələnməsinə səbəb olub. Xəbərdə deyilir ki, təyyarə zərər görsə də, heyyət üzvləri heç bir ziyan çəkməyib.
Qeyd edək ki, İsrail ordusunun hadisə ilə əlaqədar istintaq başlatdığı bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz