Türkiyə ukraynalı dənizçiləri saxladı - narkotik qaçaqmalçılığında şübhəli bilinirlər


Türkiyənin İskəndərun şəhərinin prokurorluğu göyərtəsində 24 ukraynalının olduğu “MSC CAPUCİNE R” adlı gəmini saxlayıb.
Yeniavaz.com
Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko məlumat verib. Onun sözlərinə görə, 1-i kapitan, 3-ü köməkçi olmaqla 4 ukrayna vətəndaşı narkotik qaçaqmalçılığında şübhəli bilinərək həbs ediliblər. Sözçü bildirib ki, Ukraynanın Türkiyədəki səfirliyi məhbusları sənəd, vəkil və tərcüməçi ilə təmin edib. Onların yaxınları ilə əlaqə saxlaması üçün şərait qurulub. Ekipajın digər üzvləri isə gəmidə qalıblar və məsələ ilə bağlı şahid qismində çıxış edirlər.
Qeyd edək ki, insident iyulun 10-da baş verib. “MSC CAPUCİNE R” adlı gəmi Liberiya bayrağı altında hərəkət edib. Ümumilikdə gəmi heyəti 25 nəfərdən ibarət olub.


 

DİGƏR XƏBƏRLƏR

Top