Ukrayna Ali Radası erməni əsilli naziri vəzifəsindən azad edib


Ukrayna Ali Radası erməni əsilli daxili işlər naziri Arsen Avakyanı vəzifəsindən azad edib.
Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, 7 ildən çoxdur bu vəzifəni tutan Avakyan 13 iyul tarixində istefa məktubu yazıb.
Bildirilir ki, onun istefasını 291 xalq deputatı dəstəkləyib. 7 nəfər əleyhinə səs verib, 17 nəfər bitərəf qalıb.
Məlumat üçün bildirək ki, Aresn Avakyan 1964-cü ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulub. Atası erməni əsilli Boris Surenoviç Avakyan hərbi təyyarəçi olub. Anası isə osetin Tani Matveyevna Qabaraeva olub. 2005-10-cu illərdə Xarkov vilayətinin qubernatoru, 2012-14-cü illərdə Ukrayna parlamentinin deputatı olan Avakyan eyni zamanda Ukraynanın ən varlı şəxslərindən biri hesab olunur. Bir-neçə il əvvəl açıqlanan rəsmi məlumata görə Avakyan Ukraynanın ən varlı şəxsləri arasında 118-ci sırada yer alıb. Rəsmi şəkildə açıqlanan sərvəti isə 100 milyon dollara bərabərdir.
 

DİGƏR XƏBƏRLƏR

Top