Rusiyada intihar edənlərin sayı 2 dəfə artıb


Rusiyada ötən illə müqayisədə 2021-ci ilin birinci yarısında intihar edənlərin sayının artdığı bildirilib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Rusiya Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina “İzvestiya” qəzetinə məlumat verib.  Mizulinanın sözlərinə görə, mütəxəssislər fevral ayından bəri intiharı təbliğ edən məlumatların sayında artım qeydə alındığını bildirib. Direktor qeyd edib ki, bu tipli informasiyalarla əsasən, “Twitter” və “TikTok”da qarşılaşılır. Xəbərdə deyilir ki, Rusiyada ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin birinci yarısında intihar məzmunlu bir çox internet resursları iki dəfə silinib və ya bloklanıb. Bu barədə Rusiya rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sferasına nəzarət üzrə Federal Xidmətinin (Roskomnadzor) mətbuat xidməti də açıqlama verib:
"Bu sahədə 2020-ci ilin yanvar-iyun ayları üçün keçirilən vahid reyestrdə intihara sövq edən və ya onun törədilmə yollarını izah edən 10,1 min sayt, eləcə də onların ayrı-ayrı səhifələri silinib və ya bloklanıb. 2021-ci ilin yanvar-iyun aylarında isə bu rəqəm 22,6 min olub”.
Ümumilikdə, Rusiyada son bir ildə 25 min belə səhifənin bloklandığı açıqlanıb.
Xəbərdə bu məzmunlu materialların internet platformalarının özləri tərəfindən müəyyən edilərək, bloklandığı və ya silindiyi bildirilib. Həmin materialların sayı keçən ilin ilk yarısı ilə müqayisədə 45,5 mindən 28,7 minə düşüb.



 

DİGƏR XƏBƏRLƏR

Top