
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Qalandi As” MMC olub.
ADPU abadlıq işləri üçün “Qalandi As” MMC-yə 28 min 694 manat ödəyəcək.
Tender müsabiqəsi (Kotirovka sorğusu) iyun ayının 17-də elan olunub. Cəmi 6 ay əvvəl – 14.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Qalandi As” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi Şotiyeva Aygün Ağaqulu qızı olan MMC-nin hüquqi ünvanı Xəzər rayonu, Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2-də yerləşir.
Maraqlı məqamlardan biri də odur ki, “Qalandi As” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə bir neçə şirkət qeydiyyata alınıb və bu şirkətlərin qanuni təmsilçiləri də eyni şəxslər olub.
“Qalandi As” MMC ilə birgə Xəzər rayonu, Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
Adı | Ünvan | Nizamnamə kapitalı | Qanuni təmsilçi |
Qeydiyyat tarixi |
"TORDİN 2020" | Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 | 10 manat | Dadaşov Ceyhun Valeh | 02.03.2020 |
"BİKARDİ 2020" | Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 | 10 manat | Şotiyeva Aygün Ağaqulu | 26.08.2020 |
"SAVELLİ HOLDİNQ" | Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 | 10 manat | Şotiyeva Aygün Ağaqulu | 27.08.2020 |
"BARDEN 2020" | Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 | 10 manat | Süleymanova Samirə Nədirxan | 03.09.2020 |
"REYN TAMİ TƏCHİZAT" | Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 | 10 manat | Süleymanova Samirə Nədirxan | 03.09.2020 |
"SAYPA MM" | Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 | 10 manat | Şotiyeva Aygün Ağaqulu | 14.12.2020 |
"PODİUM AS" | Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 | 10 manat | Şotiyeva Aygün Ağaqulu | 14.12.2020 |
"QALANDI AS" | Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 | 10 manat | Şotiyeva Aygün Ağaqulu | 14.12.2020 |
Məlumat üçün bildirək ki, bu cür müəmmalı tender müsabiqəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən bir həftə əvvəl də keçirilib.
Aşağıdakı linkə daxil olaraq qeyd olunan tender müsabiqəsilə tanış ola bilərsiniz:
4 aylıq şirkət həm İKT, həm də təmir-tikinti sektorunda fəaliyyət göstərir – Müəmmalı tender
Eyni zamanda qeyd edək ki, Xəzər rayonu, Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 ünvanında qeydə alınan və qanuni təmsilçisi Şotiyeva Aygün Ağaqulu qızı olan digər bir MMC ilə bağlı şübhəli tender xəbərini aşağıdakı linkdən oxuya bilərsiniz:
İki aylıq şirkət Səhiyyə İdarəsinin 200 min manatlıq tenderini uddu - FOTOLAR
A. Cəfərov