Qazini vurub qaçan sürücü saxlanılıb - DİN-dən AÇIQLAMA


İyulun 11-də Bakıda Elvin Tağızadəni vuraraq hadisə yerindən qaçan yük maşınının sürücüsü saxlanılıb.

Bu barədə Yeniavaz.com-a DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib. O bildirib ki, hadisə iyulun 4 gün əvvəl saat 23:00 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib:
“Elvin Tağıyev idarə etdiyi “Opel Astra” markalı avtomobili nasaz vəziyyətdə olduğu üçün saxlayaraq yerə düşüb. Bu zaman markasını və dövlət nişanını görmədiyi avtomobil tərəfindən vurulub. Nəticədə, Elvin Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dərhal faktla bağlı Suraxanı rayonu polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirlərinə başlanılıb. Müəyyən edilib ki, Şabran rayon sakini Aslanov Asəf idarə etdiyi “Kamaz” markalı avtomobillə Elvin Tağıyevi vurub.
İyulun 14-də o, şübhəli şəxs qismində tutulub. Hazırda Suraxanı Rayon Polis İdarəsi Cinayət Məcəlləsinin 263.1-1, 264-cü maddələri ilə cinayət işi başlanılıb. İstintaq davam edir”.
Qeyd edək ki, Elvin Tağızadə İkinci Qarabağ müharibəsi qazisidir və Azərbaycan Respublikası Prezidenti tərəfinfən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top