
Gürcüstanda həmyerlimiz Rəfi Orucov "Gürcü arzusu" partiyasının sıralarını tərk edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, öz feysbuk hesabında məlumat yayıb. Rəfi Orucov həmçinin bildirib ki, o, Qardabani bələdiyyə məclisinin sədr müavinliyi və Qaratəhlə kəndinin millət vəkilliyi vəzifələrindən də istefa verib:
“Hörmətli el obam, əziz dostlar! Nəzərinizə çatdırmaq istəyirəm ki, şəxsi istəyimlə "Gürcü arzusu" partiyasının sıralarını, o cümlədən Qardabani bələdiyyə məclisinin sədr müavinliyi və seçilmiş olduğum Qaratəhlə kəndinin deputatı vəzifəsini tərk edirəm”.
Orucov bu qərarı almasının səbəbi kimi partiyanın son dövrlərdə yürütdüyü siyasətlə onun siyasi mövqeyinin üst-üstə düşməməsini göstərib.
Həmyerlimiz 7 il müddətində dövlətinə, xalqına vicdanla xidmət etdiyini, onların inkişafı üçün əlindən gələni etməyə çalışdığını da qeyd edərək, xalqın etimadını qazandığına ümid etdiyini vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz