Azərbaycan əhalisi bu il içki və siqaretə 1 milyard manatdan çox pul xərcləyib

 
Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19 milyard 383,1 milyon manatlıq, o cümlədən 10 milyard 436,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 milyard 946,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,4%-i ərzaq məhsullarının (9,4 milyard manat), 5,4%-i içkilər və tütün məmulatlarının (1,04 milyard manat), 14,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların (2,76 milyard manat), 6,2%-i avtomobil benzini və dizel yanacağının (1,19 milyard manat), 5,3%-i elektrik malları və mebellərin (1,03 milyard manat), 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların (434 milyon manat), 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının (150 milyon manat), 17,4%-I (3,38 milyard manat) isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarına xərclənən vəsait 2,5,  içkilər və tütün məmulatlarına 0,7%, toxuculuq məhsulları, geyim və ayaqqabılarına 1%, avtomobil benzini və dizel yanacağınına 3%, əczaçılıq məhsulları və tibbi ləvazimatlarına isə 35,2% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 322,7 manatlıq, o cümlədən 173,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları alıb.  

 

DİGƏR XƏBƏRLƏR

Top